Xəbərlər 22.02.2024 16:43 1713

O dövrdə nə ruslara, nə ermənilərə heç nə demək olmazdı

Əslində, sovet məktəblərində də bullinqlər olurdu. Atamın iş yerinin dəyişməsi ilə əlaqədar məktəbimi dəyişmişdim. Məktəbin rus bölməsində oxuyurdum. Sinfimizdə rus, erməni, gürcü,ləzgi uşaqları da oxuyurdu. Biz çoxluq təşkil edirdik. Sinifdə qruplaşmalar var idi: Oxuyan- oxumayan, bir də müasir- geridə qalmışların qrupu,yani müasir uşaqlar dedikdə axşamlar qızlı- oğlanlı diskotekaya, veçerinkalara rəqs etməyə gedənlər idi.

Sovet dövründə varlı- kasıb söhbəti yox idi, hamı zahiri görünüşdən eyni yaşayırdı. Bu qruplaşmaları da rus, erməni qızları yaratmışdı. Sinifdə oğlanımız az idi,əksəriyyətimiz qız idik. Biz azərbaycanlı qızlar geridə qalmışların qrupunda idik, yani nə diskotekaya, nə veçerinkalara rəqs etməyə getmirdik, fikrimiz ancaq dərs oxumaqda idi. Valideynlərimiz də buna imkan verməzdi. Onlar bizə gülür, bizi pərt edirdilər. Hətta bir dəfə Nataşa adlı qız oxuyan uşaqların dəftərlərini toplayıb yandırmışdı da. Bu da bullinqdir. Boğulurdum sinifdə. Dözə bilmirdim. Atam direktorla danışdı.Valideyn iclası çağırsalar da heç bir nəticəsi olmadı. O dövrdə nə ruslara, nə ermənilərə heç nə demək olmazdı. Atam məhz mənə görə işindən imtina edib qayıtdı köhnə işinə. Hərdən düşünürəm ki, axı nə məcbur idi ki, biz rus bölməsində oxuyurduq? Valideynlərimə də bu sualı dəfələrlə vermişəm. Amma zamanın tələbi idi, qınamıram onları. Çox pis dövrdə yaşadıq. Doğma dili bilsək də tariximizi, ədəbiyyatımızı sonralar öyrəndik. Hələ də öyrənirik.

 

Gülnarə Əmiraslanova

Bələdiyyə, Resurs və Təlim Mərkəzi İctimai Birliyi Birliyin sədri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı