İlqar Hüseynli: “Strateji təhlil və analitik araşdırmaların aparılması müasir dövrün tələbləridir”
"Hal- hazırda müasir dünyada tətbiq olunan strateji təqqiqatlar və onları ümumi metadologiyaları, analiz və statistik təhlilləri yeni informasiya texnologiyaları tətbiqləri sahəsinə tam olaraq əsaslanıb. Cəmiyyətdə aparılan müxtəlif analitik təhlillər apardığımız tədqiqatların növündən asılı olaraq dəyişir. Sosial yönümlü tədqiqatlar tələb olunur. Cəmiyyətdə baş verən bu və ya digər sahələrdəki dəyişikliklərin ölçülməsi (biznes, səhiyyə) analiz metodlarının tətbiqində aparılır. Sonda yığılmış informasiyalar elektron bazalara daxil olur. Reytinqlərin ölçülməsi modellərində İT rolu, yeri danılmazdır".
Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, analitik, analiz modellərin özünün müxtəlif tətbiq metodları vardır: “Şəraitin öyrənilməsi üçün riyazi üsullar, riyazi düsturlar, çöl tədqiqat modellərində insan faktoru əsas götürülür. Biz analitik metodların tətbiqi ilə cəmiyyətin bu və ya digər strukturunda baş verən dəyişikliklərin ölçülməsi ilə bağlı hesabatları cəmiyyətə tətbiq edə bilirik. Həyata keçirilən tədbirlər artıq bir barametr rolunu oynayır. Əsas hədəf beynəlxal və yerli sahədə, daxili sosial mühitin öyrənilməsi ilə bağlı aparılan analitik təhlillər, araşdırmaların cəmiyyətin inkişafında müstəsna rolu var. Bu analizlər çatışmamazlıqları aradan qaldırmaq üçündür. Hazırlanmış analitik hesabatların hər biri cəmiyyətə ötürülür. Bu nəticələr də məlumat bazası kimi əhəmiyyətli rola malik olur. Strateji təhlil və analitik araşdırmaların aparılması vacibdir, müasir dövrün çağrışları, tələbləridir”.
Pərvanə Fərhadqızı