Xəbərlər 30.11.2023 12:23 2850

“Mina elə bir gözlənilməz hadisədir ki, heç kim özünü sığortalaya bilməz ki, mən gedəcəm düşməyəcəm”- mina qurbanı

“Mən cavanlığımı, həyatımı itirmişəm. Yaşamamışam, amma bu günkü gündə şükür Allaha alnımız açıqdır, torpaqlarımız işğaldan azad olunub”.

QHT.az xəbər verir ki, bu sözləri bu gün “Minaların geri qayıdan məcburi köçkünlərə və onların icmalarına təsiri: beynəlxalq həmrəyliyə ehtiyac” adlı keçirilən tədbirdə mina qurbanı Əhliman Ağayev bildirib. O, qeyd edib ki, mənim müraciətim, xahişim qayıdışa gedən xalqımıza, camaatımızadır: “Ehtiyatlı davransınlar, icazəsiz yerlərə getməsinlər. Oralar həddidən artıq təhlükəlidir. Mina elə bir gözlənilməz hadisədir ki, heç kim özünü sığortalaya bilməz ki, mən gedəcəm düşməyəcəm. Xeyr, düşəcək, orqanını, ayağını, qolunu itirəcəkdir. Qadağan olunmuş yerlərə, təhlükəsizliyinə riayət edib getməsin. Bu böyük bir gözlənilməz faciədir. Orqanını itirmək əziyyətdir. 22 yaşında bir gənc ayağını itirmək böyük faciədir. Mən heç kimə bunu arzulamıram. Allah bütün minaya düşənlərin sağlamlığına kömək eləsin, şifa versin”.

 

 

Pərvanə Fərhadqızı 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı