Xəbərlər 29.11.2023 19:58 2875

QHT İİV/QİCS qarşı mübarizə məqsədiylə 512 vətəndaşı müayinə edib - FOTOLAR

Noyabr ayının son həftəsi Avropa İİV testləşmə həftəsi adlanır. Respublikanın qərb reqionunda Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi hər il olduğu kimi İİV/QİCS qarşı mübarizə məqsədiylə İİV könüllü müayinəsində 512 vətəndaş test edilib, müayinə olunub.

Bu barədə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az- a bildirib. QHT sədri qeyd edib ki, bu ictimai tədbir çərçivəsində həmin testlər, təcrübəli ekspertlər tərəfindən təşkil edilmiş və İİV-nin və QİCS-in fəaliyyətinin təhlil edilməsi məqsədilə aparılmışdır.

Qeyd edək ki, İctimai Birlik tərəfindən həyata keçirilən bu tədbirlər vətəndaşların virus yükünü maksimal dərəcədə aşağı salaraq infeksiyanın digər insanlara ötürülmə riskini azaldır və xəstəliyin proqressivləşməsini maksimum uzun müddətə ləngidilir. İİV-li xəstələrin müayinə və müalicəsi bütün mərhələlərdə pulsuz və könüllüdür.

Məlumat üçün bildirək ki, İİV infeksiyası – İnsanın immunçatışmazlığı virusu (İİV) tərəfindən törədilən immun sisteminin artan zədələnməsi ilə müşayiət olunan xronik infeksion xəstəlikdir. QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) – İİV virusunun insanın immun sistemini zədələməsi nəticəsində opportunistik (fürsətçi) infeksiyalar, yaxud onkoloji xəstəliklər şəklində ağır klinik əlamətlərlə təzahür olunan xəstəliyin 4-cü və ya sonuncu klinik mərhələsidir. Bu mərhələdə xəstələrdə immun (CD4) hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, hətta zəif patogen infeksiyalar da xəstənin həyatı üçün təhlükə yaradır.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı