Xəbərlər 29.11.2023 09:10 1897

Meksika Konqresinin senatoru: “Azərbaycan torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”

“Azərbaycan illər boyu işğala və soyqırımına məruz qalan tərəf olub, nəhayət, üç il öncə torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa edib”.

 

QHT.az “Report”-a istinadən  xəbər verir ki, bunu Meksika Konqresinin senatoru Navor Roxas Azərbaycan Milli Məclisinin deputatları ilə görüşü zamanı deyib.

 

Senator Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb, işğaldan azad edilmiş ərazilərdə erməni quldurlarının törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, qısa müddət ərzində əldə edilmiş heyrətamiz nəticələrin şahidi olduğunu bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı