Xəbərlər 27.11.2023 16:04 8830

Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunun açılış paneli baş tutub - FOTOLAR

Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun açılış paneli baş tutub.


QHT.az xəbər verir ki, Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə, Azərbaycan və Özbəkistanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başladı. Daha sonra iki ölkə arasında münasibətlərin inkişafına dair videoçarx nümayiş etdirildi.

 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva hər iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçilərinin iştirakı ilə baş tutan Forumun yeni əməkdaşlıqların qurulması üçün tarixi zəmin yaradacağına əminliyini ifadə etdi. 
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirdi ki, bu gün Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyədədir: “Bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Əlbəttə, istər siyasi, istər mədəni, istər də tarixi əlaqələrin bu səviyyədə yüksək olduğu bir dövrdə vətəndaş cəmiyyəti təsisatlarının da üzərinə mənəvi məsuliyyət düşür. Bu xətti qeyri-hökumət təşkilatları vasitəsilə də gücləndirmək, irəli aparmaq üçün böyük imkanlar, potensial var”. 
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında əməkdaşlığın QHT-lər sahəsində də inkişafının önəmini qeyd etdi. 
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Turxan Süleyman Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan bu təhsil olacağının imkanları barədə danışdı. 
Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev iki ölkə arasında əlaqələrin QHT-lər sahəsində də inkişafı üçün bu Forumun vacib təkan olacağını qeyd edib. 
Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım və Sabir Rüstəmxanlı iki qardaş ölkənin bütün sahələrdə əlaqələri genişləndirdiyini bildiriblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı