“110 ölkəni simvolizə edən 706 şahmat taxtası üzərində düzülmüş eksponatlar içərisində Azərbaycanı görmək qürurvericidir” – QHT sədri / FOTOLAR
“Ankarada səfər proqramım sıx olmasına baxmayaraq, fürsətdən istifadə edib Ankara Gökyay Vakfı Şahmat muzeyini ziyarət etdim. Olduqca maraqlı və dünyada ən çox eksponata malik muzeydir”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. QHT sədri qeyd edib ki, muzeydə "mədəniyyətlər","savaş və barış"və "Ölkələr" bölümləri var: “Dünyanın tarixi müharibələrini, barışlarını, 11 sentyabr ABŞ hadisəsini, müxtəlif ölkələrin tarixini və milli mədəniyyərini təsvir edən şahmat taxtaları şahmat fiqurları ilə zəngindir. 110 ölkəni simvolizə edən 706 şahmat taxtası üzərində düzülmüş eksponatlar içərisində Azərbaycanı görmək qürurvericidir. Bizim fiqurlar bu tarixi abidələrimizi simvolizə edib.
1.Şah-Qız qalası
2.Vəzir-Möminəxatun türbəsi
3.Top-Yanardağ
4.At-Qarabağ türbəsi
5.Fil-Alov qülləsi
6.Piyadalar-Yusif ibn Kuseyir türbəsi”.
QHT sədri maraqlı muzeyi ziyarət etməyi tövsiyyə edir.
Pərvanə Fərhadqızı