Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb
Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
07:46
Bakıda taxta bazarında baş verən yağında bir nəfər həyatını itirib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı açıqlamada qeyd olunur.
“Bu gün saat 5:55-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində bir şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, xəsarət alan yoxdur.
07:44
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
06:49
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
APA-nın məlumatına görə, havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-in 10 texnikası cəlb edilib. Həmçinin qeyd olunur ki, yanğın zamanı bir nəfər xəsarət alıb.