QHT sədri: Təəssüf ki, dünya Azərbaycanın mina problemini görməzdən gəlir
AŞPA prezidenti Azərbaycanda olarkən mina qurbanları ilə görüşməyi təklif etsək də, razılaşmadı. Təəssüf ki, dünya Azərbaycanın mina problemini görməzdən gəlir.
QHT.az xəbər verir ki, bu fikirləri Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu mina qurbanlarının, bu sahədə fəaliyyət göstərən QHT-lərin AŞPA prezidentinə açıq məktubu ilə bağlı keçirilən tədbirdə səsləndirib.
R.Kərimoğlu bildirib ki, bu münasibəti biz 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə də gördük.
“Müəyyən təzyiqlər altında Ermənistan mina xəritələrini versə də, onlar dəqiq deyil. Bunun nəticəsində də mülki insanlar, uşaqlar, qadınlar həyatlarını itirirlər. Buna son qoyulmalıdır”, - deyə Rey Kərimoğlu vurğulayıb.