Xəbərlər 21.11.2023 17:18 1742

Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin başçılıq etdiyi nümayəndə heyəti DOST Mərkəzində olub

Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması naziri Behzod Musayevin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzi ilə tanış olub.

 

Nümayəndə heyətinə DOST Agentliyi və mərkəzlərinin dövlət sosial xidmətlərinə gətirdiyi, vətəndaş məmnunluğuna imkan yaradan mühüm innovativ yeniliklər barədə məlumat verilib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

 

Həmçinin ölkəmizdə əmək münasibətləri, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət mexanizminin təkmilləşdirilməsi sahəsində son illər aparılan islahatların nailiyyətləri diqqətə çatdırılıb.

 

Qonaqlar üçün DOST konsepsiyasına və əmək münasibətləri sahəsində aparılan islahatlara dair təqdimatlar edilib.

 

Qeyd edək ki, nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı