Xəbərlər 21.11.2023 13:21 1080

Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçirilib

Dayanıqlı gələcək naminə innovativ strategiyaların və maliyyə mənbələrinin araşdırılması məqsədilə dünyanın hər yerindən olan liderləri, ekspertləri və maraqlı tərəfləri bir araya gətirən forumda Dayanıqlı İnkişaf Məqsədləri üzrə İnvestisiya Xəritəsi və İnvestisiya Ekosisteminin Tədqiqatı təqdim edilib.

QHT.az xəbər verir ki, Dayanıqlı İnkişafa dair II Bakı Forumunda Avropa, MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT-nin, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri, ekspertlər iştirak edəcək. 

Müvafiq sahələrdən olan ekspertlərin iştirakı ilə maliyyə əsaslarının yenidən formalaşdırılması, DİM-lər üçün sərmayənin cəlb edilməsi, rəqabətədavamlı iqtisadiyyat üçün rəqəmsallaşma, təsirlərin hesablanması və idarə olunması, iqlim və biomüxtəliflik üzrə maliyyə kimi mövzular müzakirə edilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı