Xəbərlər 20.11.2023 13:36 3319

Mediasiya Təşkilatı və Mediasiya Şurası müəllim-tələbə kollektivi ilə birlikdə maarifləndirici tədbir keçirib - FOTOLAR

Noyabrın 16-da Şəki 1 saylı mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı və Mediasiya Şurası İntizam Komissiyasının üzvü Rəfael Cabbarov Şəki Tibb Kollecinin müəllim-tələbə kollektivi ilə birlikdə maarifləndirici tədbir keçirib.

QHT.az xəbər verir ki, təşkilatın rəhbəri Dərya Yaşarlı bildirib ki, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. “Mediasiya könüllülük; tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; mediatorların qərəzsizliyi və müstəqilliyi; mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; konfidensiallıq və sair prinsiplər əsasında həyata keçirilir. Mediator tərəflər arasında yaranmış mübahisəni qarşılıqlı razılıqla həll etməy çalışan bitərəf şəxsdir. Mediasiyanın məhkəmədən bir çox üstünlükləri vardır.” – deyən Dərya Yaşarlı əlavə edib ki, tədbirin təşkil edilməsində əsas məqsəd mediasiya sahəsində kifayət qədər marifləndirmə işləri aparmaqdır.

Mediasiya Şurası İntizam Komissiyasının üzvü Rəfael Cabbarov çıxışı zamanı bildirib ki, bu gün Azərbaycan Respublikasında mediasiya günü-gündən inkişaf edir, mediatorlar kifayət qədər uğur və kifayət qədər barışıq sazişi əldə edirlər. Artıq bu sahədə, yəni, ailə, əmək və kommersiya mübahisələri ilə bağlı məhkəmələrə gedən işlər kifayət qədər azalıb. Bütün bunlar mediasiyanın uğurlu inkişafının bariz nümunəsidir.

Qeyd edək ki, görüş çıxışlar, sual-cavabla davam edib. Sonda görüş zamanı aktiv iştirak edən tələbələr fəxri fərmanlarla təltif ediliblər.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı