Bu gün “İctimai Səhiyyə Assosiasiyasının rolu” mövzusunda vebinar keçiriləcək
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə Ölkə Ofisi olaraq “İctimai Səhiyyə Assosiasiyasının rolu” mövzusunda müzakirə aparılması üçün bu gün vebinar keçiriləcək.
QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov məlumat verib. O qeyd edib ki, vebinarın mövzusu ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi Dr. Belgin Ünalın moderatorluğu ilə keçiriləcək onlayn sessiyada qeyd olunan məruzəçilər tərəfindən təqdim olunacaq:
- Maaike Droogers – Avropa İctimai Səhiyyə Assosiasiyasının (EUPHA) direktor müavini.
- Bülent Kılıç – Türkiyə İctimai Sağlamlıq Mütəxəssisləri Birliyinin prezidenti.
- Ayaz Hüseynov – Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri.
- Oleg Lozan – Moldovanın İctimai Səhiyyə və İdarəetmə Məktəbinin təsisçisi, professoru və direktoru.
Ayaz Hüseynov həmçinin qeyd edib ki, Vebinarın məqsədi müəyyən bir ölkənin/regionun ictimai sağlamlığının təkmilləşməsində İctimai Səhiyyə Assosiasiyalarının rolu və missiyasını müəyyən etmək, ictimai səhiyyə sahəsində peşəkar təşkilatların əhəmiyyətini müzakirə etməkdir: “Vebinara ictimai səhiyyə işçiləri, ictimai səhiyyə tələbələri və rezidentləri və s. qoşula bilər. Onlayn sessiyamız Azərbaycan və ingilis dillərində aparılacaq. Vebinara qoşulanlar iştirakları təsdiqləndikdən sonra sertifikat əldə edəcəklər”.
Pərvanə Fərhadqızı