Xəbərlər 06.11.2023 09:44 1746

Bərdədəki Laçın məktəbi bağlanıb: Təhsil müəssisəsində dörd şagird qalıb - VİDEO

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib.

 

QHT. az  Xezerxeber.az- a istinadən məlumatına görə, Yasəmən Ələkbərova deyib ki, məktəbdə o və ailə üzvləri çalışıblar.

 

Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də, direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib.

 

1995-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 20 il öncə qeyri-hökumət təşkilatı tərəfindən bir neçə sinif otağı tikilib.

 

Məktəbin müəllim və texniki işçiləri verilən qərarla razılaşmaq istəmirlər.

 

Məktəb direktoru Etibar Nəbiyev isə bildirib ki, təhsil ocağı uzun illərdir köçkün həyatı yaşayır. İki il əvvəl Qaradəmirçi kəndinin ərazisində müasir standartlara uyğun yeni məktəb binası tikildiyindən şagirdlər həmin məktəbə yönəldiliblər. Məktəbdə təhsil almaq üçün cəmi 4 uşaq qalıb.

 

Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, ki, sözügedən məktəb bağlanmayıb, fəaliyyətini davam etdirir. Məktəbin bağlanması ilə bağlı rəsmi qərar yoxdur. Gələcəkdə şagird sayının kəskin azalması ilə bağlı olaraq Aşağı Fərəcan kənd tam orta məktəbinin fəaliyyəti dayandırılarsa, məktəbin pedaqoji və texniki heyətinin digər ümumtəhsil müəssisələrində ixtisasları üzrə işlə təmin olunması məsələsinə baxılacaq.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı