Xəbərlər 02.11.2023 22:35 2077

 Fransada qasırğa olub, ölən var

Fransanın şimal bölgələrində təsirli olan "Ciaran" qasırğası nəticəsində bir nəfər ölüb.

QHT.az xəbər verir ki, Fransada təsirli olan Ciaran qasırğası səbəbindən xəbərdarlıq səviyyəsi bəzi nöqtələrdə narıncıya, bəzi yerlərdə isə qırmızıya yüksəldi. Ölkə daxilində bir çox hava limanında əməliyyatlar dayandırılarkən, qatar xidmətləri də dayandırılıb. Nəqliyyat naziri Klement Beaune yerli mətbuata verdiyi açıqlamada, Parisin şimal-şərqindəki Aisne bölgəsində bir yük maşını sürücüsünün ağacın aşması nəticəsində öldüyünü bildirib. "Bu, hətta qırmızı həyəcan vəziyyətində olmayan ərazilərdə belə yollarda çox yüksək riskin olduğunu göstərir" dedi nazir Beaune.

Finistere qubernatoru Alain Espinasse küləyin sürətinin saatda 207 kilometrə çatdığı bölgədə 2 nəfərin yüngül xəsarət aldığını və ikinci xəbərə qədər nəqliyyatın qadağan edildiyini açıqlayıb. Energetika naziri Agnes Pannier-Runacher sosial media hesabındakı paylaşımında qasırğanın 1,2 milyon evi işıqsız qoyduğunu bildirib.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı