Xəbərlər 02.11.2023 00:16 2706

Qubada Azərbaycan kinosunun 125 illiyinə həsr olunan turnir keçirilib - FOTOLAR

Quba rayonu Qaraçay qəsəbə tam orta məktəbində təşkil olunan yarışda Quba rayonunun Alekseyevka, Vəlvələ, Talabıqışlaq, Vladimirovka, İsnovqışlaq, Küsnətqazma, Bərqov kəndlərindən və Qaraçay qəsəbəsindən olan 48 nəfər şagird və müəllim 8 komanda tərkibində mübarizə aparıb.

QHT.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov yarışın keçirilməsində əsas məqsədin 125 illik yubileyi olan Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Talabıqışlaq kəndini təmsil edən “Xüsusi təyinatlı qüvvə” komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Alekseyevka kəndini təmsil edən “T-team” və Küsnətqazma kəndini təmsil edən “Penta-kill” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı” adlı layihə çərçivəsində bu günədək Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında keçirilən 8 seçim turunda ümumilikdə 390 nəfər yeniyetmə və gənc iştirak edib.

Layihə çərçivəsində noyabrın 4-də Quba rayonunda keçiriləcək final mərhələsində Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan ümumilikdə 8 komanda qalib adı uğrunda mübarizə aparacaq.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı