Xəbərlər 30.10.2023 00:08 3913

Qubada “KinoMƏNlərin intellekt savaşı” adlı turnir keçirilib - FOTOLAR

Quba rayonu Digah kənd tam orta məktəbində təşkil olunan yarışda Quba rayonunun Digah, Alpan, Çartəpə, Aşağı Xuc, Susay, Dağlı, Qələdüz, Üçgün, Küpçal və Xucbala kəndlərindən olan 60 nəfər şagird və müəllimlərdən ibarət 10 komanda mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bununla bağlı QHT.az- a məlumat verib: “Yarışın keçirilməsində əsas məqsəd 125 illik yubileyi olan Azərbaycan kinosunun gənc nəsil arasında təbliğ edilməsi, eyni zamanda gənclərin intellektual oyunlar vasitəsilə bilik və bacarıqlarının artırılmasının və asudə vaxtının səmərəli təşkil edilməsinin təmin  olunmasıdır. Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Digah kəndinin eyniadlı komandası qazanıb və final mərhələsində iştirak etmək hüququ əldə edib. Üçgün kəndinin “Odlar yurdu” komandası ikinci, Qələdüz kəndinin eyniadlı komandası isə üçüncü mükafatın sahibi olub. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib”.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “25-ci kadr-KinoMƏNlərin intellekt savaşı” adlı layihə çərçivəsində bu günədək Siyəzən, Şabran, Xaçmaz və Qusar  rayonlarında, eləcə  də Quba rayonunun üç müxtəlif yaşayış zonasında intellektual turnirlər keçirilib.

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı