Xəbərlər 26.10.2023 17:58 1950

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində şəhid ailələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüş keçirilib. 

 

Müəssisənin ahıl sakinləri şəhidlərimizin əmanətləri olan övladlarını alqışlarla qarşılayıblar. 

 

Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Görüşdə qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Ərazi bütövlüyümüz bərpa edildi, tarixi torpaqlarımız düşmən tapdağından azad olundu. 

 

Şəhidlərimizin ailə üzvlərinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduqları bildirilib. Görüşdə şəhid övladlarının ifasında atalarının əziz xatirəsinə həsr olunmuş musiqi parçası təqdim edilib. Qonaqlar ahıllarla birlikdə müxtəlif idman oyunlarında iştirak edib və xatirə fotoları çəkdiriblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı