Xəbərlər 25.10.2023 11:45 2360

Gəncədə fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama keçirilib

Nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 360A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.

 

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı çörək istehsalı müəssisəsinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, istifadə olunan alət, avadanlıq və ləvazimatların müvafiq şəraitdə saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin xüsusi geyim vasitələrilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı