Yeməkləri hansı ardıcıllıqla yeməliyik? Mütəxəssislərin cavabı
Bizim mədəniyyətimizdə yemək adətən şorba ilə başlayır, əsas yemək və salat yeyilir, ayran, su və ya başqa içki ilə qəbul olunur, üstəlik desert və ya meyvə yeyilir. Elm adamları deyirlər ki, sağlamlığımıza və maddələr mübadiləsinə təsir edən təkcə yediyimiz qidaların növü deyil, həm də onları yemək qaydasıdır. Yeməyimizin ardıcıllığı qan şəkəri səviyyəsindən tutmuş toxluq hisslərinə qədər bir çox şeyə təsir edir. Beləliklə, yeməkləri hansı ardıcıllıqla yeməliyik? Mütəxəssis diyetisyen Safiye Keskin və Didem Yıldız Küçüklə öz bildiklərini paylaşıb.
QHT.az xəbər verir ki, hər bir cəmiyyətin özünəməxsus yemək mədəniyyəti var və yeməklərin süfrəyə gəlmə sırası ölkədən ölkəyə dəyişir. Yeməyin əvvəlində liflə zəngin tərəvəzlər, zülallar və ya yağlar yemək, düyü, çörək və ya makaron kimi təmizlənmiş karbohidratları sona saxlamaq qan şəkərinin səviyyəsini yaxşılaşdıra və toxluq hissini artıran hormonların daha yüksək səviyyələrini stimullaşdıra bilər ki, bu da kilo verməyə kömək edə bilər. Qida ardıcıllığı ilə bağlı son araşdırmalar göstərir ki, yeməklərə qan şəkərini yüksəldən yüksək glisemik karbohidratlardan daha çox zülal, yağ və ya liflə zəngin tərəvəzlərlə başlamaq həzm prosesini ləngidir, qidanın mədədən çıxması və nazik bağırsağa daxil olması sürətini azaldır. Bu da insanın daha uzun müddət toxluq hiss etməsinə səbəb olur.
Dietoloq Safiye Kəskin qidalanma mədəniyyətimizdə yeməklərin ümumiyyətlə şorba, ana yemək, qarnir və desert sırası ilə verildiyini, yəni yeməklərimizə karbohidratlarla başlayıb zülal və tərəvəzlə davam etmə vərdişimiz olduğunu bildirdi.
Pərvanə Fərhadqızı