Xəbərlər 03.10.2023 00:55 1240

Tam təqdimat bu ay baş tutacaq

Bu “Bir gün smartfonu əvəz edəcək” Ai Pin adlanır.
QHT.az xəbər verir ki, çox yığcam telefona bənzəyən geyimə yapışdırılan və mətn və şəkilləri birbaşa ovucun üzərinə çıxaran bu cihazın yaxında təqdimatı olacaq. Hələ cihaz haqqında çox az detal var. Məlumdur ki, funksiyalara zənglər, kamera, tərcüməçi, səsli köməkçi, həmçinin ətrafdakı obyektlərin tanınması daxildir. Məsələn, cihaz mağazadakı məhsulu skan edə və onunla bağlı suallara cavab verə bilər - bu, süni intellekt alqoritmlərinin geniş tətbiqi sayəsində mümkündür.
İnqilabi cihazın nə qədər başa gələcəyi və nə vaxt satışa çıxarılacağı barədə hələlik məlumat yoxdur. Buna görə də səbirli olub gözləyəcəyik.

 

 

Pərvanə Fərhadqızı
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı