Xəbərlər 30.09.2023 17:47 1847

Western-azerbaijan.info saytının təqdimat mərasimi keçirilib - FOTO

“Qərbi Azərbaycanda mövcud olmuş toponimlərin dünya ictimaiyyətinə tanıdılmasına dəstək” layihəsi çərçivəsində hazırlanmış Western-azerbaijan.info saytının təqdimat mərasimi keçirilib.

Sentyabrın 30-da New Baku otelin konfrans zalında layihə çərçivəsində hazırlanmış Western-azerbaijan.info saytının təqdimat mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbiri açan layihə rəhbəri Elşən Nağıyev layihənin icrası haqqında danışdı. O, bildirdi ki, Layihənin məqsədi tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda mövcud olmuş türk mənşəli toponimləri toplayaraq yaradılacaq ingilis dilli  veb saytda dərc etməklə dünya ictimaiyyətində tanıtmaqdır. Layihənin icrası zamanı Qərbi Azərbaycanla bağlı xeyli materiallar əldə edildiyini bildirdi. Hazırki, dövr üçün belə bir veb saytın yaradılmasının ölkə üçün əhəmiyyətindən danışdı. 
Daha sonra western-azerbaijan.info saytı tədbir iştirakçılarına təqdim edildi. 


Tədbir İştirakçılarından Sevil Yüzbaşeva laihənin Qərbi Azərbaycanda mövcud olmuş türk mənşəli toponimlərin tanıdılması üçün vacib olduğunu və saytın ingilis dilində olmasının isə Qərbi Azərbaycan haqqında məlumatların dünya ictimaiyyətinə tanıdılması baxımdan mühüm əhəmiyyət daşıdığını bildirdi. Regional İnsan Hüquqları və Media Mərkəzi İB nin sədri Xalid Kazımov Qərbi Azərbaycanda mövcud olmuş toponimlər haqqında saytın gələcəkdə ingilis dili ilə yanaşı rus və fransız dillərində də fəaliyyət göstərməsini təklif etdi və saytın fəaliyyətinin  uzun müddətli olmasını arzuladı. Ahıl Ziyalılara Qayğı İB nin sədri Nəsrulla Nurullayev veb saytın yaradılmaısının Qərbi Azərbaycan problemini yenidən gündəmə gəlməsinə dəstək olacağını bildirdi. Daha sonra Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İB nin sədri Sevil Allahverdiyeva saytın fəaliyyətə başlamasına görə layihə heyətinə təşəkkürünü bildirdi.

Qeyd edə ki, “Dəyər” İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qərbi Azərbaycanda mövcud olmuş toponimlərin dünya ictimaiyyətinə tanıdılmasına dəstək” layihəsi yekunlaşıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı