Xəbərlər 30.09.2023 17:38 2403

Qadınlar Arasında Həmrəylik İctimai Birliyi qadın sahibkarlarla bağlı layihəyə yekun vurub

Qadınlar Arasında Həmrəylik İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların rəqəmsal iqtisadiyyata qoşulmasına dəstək mövzusunda tədbirlərin təşkili” layihəsini uğurla yekunlaşdırb.

ictimai birliyin sədri Ruhəngiz Hüseynova QHT.az-a bildirib ki,  layihə çərçivəsində Ağdam və Zaqatalada  sahibkar qadınlar üçün 3 günlük təlimlər keçirilib. Təlimlərdən sonra qadın sahibkarlar bizneslərinin inkişafı üçün strategiyalar hazırlayıb.
 

Layihənin son fəaliyyəti olaraq biznesin inkişafı üzrə eksperti Gültəkin Rzayeva tərəfindən qadın sahibkarların rəqəmsal iqtisadiyyata qoşulması üçün 10 fərqli istiqamətdə biznes strategiyaları təkmilləşdirilib.
 Daha sonra seçilmiş və 10 sahibkarlıq istiqaməti üzrə təkmilləşdirilmiş strategiyalar sahibkarlar qadınlara təqdim edilmiş və gələcəkdə tətbiqi yolları izah edilmişdir. Ümumilikdə seçilmiş 10 sahibkar qadının hər biri ilə bir dəfə olmaqla 5 gün ərzində 10 online görüş keçirilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı