Xəbərlər 29.09.2023 23:30 1265

“Uşaqlar və Ailələr”  Biz harada səhv edirik?

Sentyabrın 27-də Bakı şəhərində  “Mərhəmət” Kimsəsizlərə Yardım  İctimai Birliyinin   Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqlar və ailələr” valideyn himayəsindən məhrum olan uşaqlara psixoloji, tibbi və hüquqi dəstəyin göstərilməsi adlı layihədən hazırlanmış video- çarxın təqdimatı keçirilib.

Tədbirdə ilk öncə 27 sentyabr anım günü ilə bağlı şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri açılış nitqi ilə başlayan layihə rəbləri İradə Polad layihə haqqında məlumat verərək qeyd etdi ki, “Uşaqlar və Ailələr” Biz harada səhv edirik? video-rolikdə məqsədimiz  valideynləri tərəfindən küçəyə atılan uşaqların həyatlarından kiçik bir fraqment təqdim etmək və psixoloqun fikirlərini cəmiyyətə çatdırmaqdır.

Layihə rəhbəri bildirdi ki, əksər valideyn və məktəb rəhbərlikləri məktəbliləri və azyaşlı uşaqları nəzarətsiz buraxmaqda, onların təlim-tərbiyəsinə fikir verməməkdə və həmin şəxslərin cəmiyyətdə özlərinə layiq yer tutmalarına bir növ şərait yaradırlar. 

Azyaşlılar və yeniyetmələr valideyn nəzarətindən çıxarsa, bunun çox ağır nəticələri ola bilər: “Məsələn, onların çirkin işlərlə məşğul olan qrupların təsiri altına düşməsi mümkündür. Bu da onların cinayət əməlləri törətməsi ilə də nəticələnə bilər. Ona görə də sözügedən şəxslərin, xüsusilə də azyaşlıların təlim-tərbiyəsi ilə onların valideynləri məşğul olmalıdırlar. Onların təhsil aldıqları məktəblərin müəllimləri və rəhbərlikləri də bu şagirdlərin təhsilinə, dərsə davamiyyətinə ciddi nəzarət etməlidirlər. Həm valideynlər, həm də məktəblər tərəfindən yeniyetmə və azyaşlılara nəzarət olunmursa, onların bəzi cinayət işlərinə, məsələn, oğurluğa, qanunsuz əməllərə təhrik edilməsi istənilən an baş tuta bilər. Bu səbəbdən də valideynlər və məktəblər bu incə məsələyə çox xüsusi diqqətlə yanaşmalıdırlar.
Tədbirdə iştirak edən psixoloq Aytən Ələkbərova çıxış edərək  uşaqların təlim və tərbiyəsi sahəsindəki psixoloji xidmətin çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim tərbiyə sahəsində məktəbdə, sığınacaq evlərində aparılan işlər barədə danışdı. Aytən Ələkbərova  bildirdi ki, uşaqlar bizim gələcəyimizdir və bir psixoloq olaraq əlimizdən gələn köməkliyi göstərməyə hər zaman hazırıq.
Tədbirdə QHT rəhbərləri Fariz Əkbərov, Cəsarət Hüseynzadə, Könül Quliyeva, Ramiz Əliyev, Bəsti Nəsibova, Rahilə Mehtiyeva, Şərqiyyə Dadaşova, Namidə İsayeva və həkim Şəhla Hüseynova sosial çarx haqqında öz təəssüratlarının bölüşdülər. 

 
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı