Xəbərlər 29.09.2023 18:40 2659

QHT şəhid ailələrini ziyarət edib - FOTOLAR

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi bu gün Bərdə rayonunun sonuncu – 19-20 sentyabr 2023-cü il Şəhidlərindən biri olan Elməddin Qabil oğlu Lətifovun ailələri ilə maddi və mənəvi dəstəkyönümlü görüş keçirib, evlərini, məzarını ziyarət edib.

Birliyinin sədri Naibə Behbudova QHT.az-a bildirib ki, Elməddin Lətifov Xanağalı kəndlinin sonuncu Şəhididir: "İki övladı Vətənə əmanət qaldı. 4 müharibənin, döyüşün iştirakçısı, 17 ilin hərbçisi olub. Nəşi 25 sentyabr tarixində Xanağalı kənd qəbiristanlığında dəfn edilib”.

Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!

 

 Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı