Xəbərlər 28.09.2023 09:36 3024

Abşeron rayonunda “Zorla ərə verilmə, erkən nikah” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi “Zorla ərə verilmə, erkən nikah” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir həyata keçirib.

Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Şükufə Məmmədova, Rayon Polis şöbəsinin əməkdaşı Elbrus, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, "Könüldə Nur" İB-nin sədri Könül Qasımova, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatma Hacıyeva və sədr müavini Hicran Məmmədova, məktəbin müəllim və şagird kollektivi, həmçinin psixoloqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin nümayəndəsi Şükufə Məmmədova qonaqları salamlayıb, belə bir vacib layihənin tədbirlərindən birinin İsmayıllıda keçirlməsi məsələsini yüksək qiymətləndirib. Daha sonra Birliyin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdan ibarət olduğunu vurğulayıb.

Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.

Daha sonra çıxış edənlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər. Mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar paylanıb.

 

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı