Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
QHT. az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoydular.