1 ildə 600-dən çox qadın müraciət edib, 15-i öz kiçik biznesini qurub - VİDEO
BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü, Britaniya Hökümətinin maliyyə dəstəyi nəticəsində münaqişədən zərər çəkmiş Bərdə rayonunda 2022-ci ildə açılan Qadın Resurs Mərkəzinin fəaliyyəti barədə videoçarxı təqdim edirik.
QHT.az xəbər verir ki, Bərdə Qadın Resurs Mərkəzinə 1 ildə 600-dən çox qadın üzvlük üçün müraciət edib. Onlardan 15-i isə artıq öz kiçik biznesini qurub. Mərkəz ötən il ərzində 800-dən çox qadın və qızlara psixoloji, hüquqi və sosial, həmçinin iş yarmarkaları və karyera imkanları vasitəsilə dəstək göstərib.
Mərkəzin təşkil etdiyi kompüter bacarıqları, mühasibat uçotu, dərzilik və s., istiqamətlər üzrə peşə təlimləri, satış sərgiləri və bir çox digər tədbirlər sayəsində Bərdə qadınları özlərini inkişaf etdirə, sosiallaşa və icmalarının inkişafına töhfə verə biliblər.
Pərvanə Fərhadqızı