Xəbərlər 26.09.2023 00:16 1706

Müharibədən zərər çəkmiş şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir - FOTOLAR

“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi 2023–cü ilin iyul ayından etibarən “Regionlarda müharibədən zərər çəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və onlara sosial-psixoloji reabilitasiya xidmətlərinin təşkili” adlı layihəsini uğurla həyata keçirir.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihənin mahiyyəti regionlarda müharibədən zərər cəkmiş şəxslərə səyyar şəkildə psixoloji və sosial xidmət üzrə dəstək göstərilməsindən, sosial xidmət və sosial iş sahəsində həmin şəxslərlə işləyənlərin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Layihə çərçivəsində Ağstafa və Tovuz rayonlarında müharibədən zərər çəkmiş 60 nəfər şəxsə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Onlara layihənin peşəkar psixoloqları vasitəsilə müxtəlif testlər, metodlar və terapiyalar - MDR terapiyası, itki psixologiyası, psixi sağlamlığın bərpası üzrə qrup terapiyası, keçmiş yaddaşın emosional çalarının məntiqi çalara bağlanması, hisslər üzərindən qrup terapiyası, keçmiş yaşantıların boşaldılması, keçmiş gərginliyin aradan qaldırılması, yaşadıqların danışılması və yazılması fərdi terapiyası, hər hansısa hala uyğun sualların verilməsi və cavabların təhlili terapiyası, həyacanın tənzimlənmə terapiyası və eyni zamanda layihənin sosial işçiləri tərəfindən onların sosial problemlərinin həlli istiqamətində yardımlar, həmin şəxslərin cəmiyyətə inteqrasiyası və sosial xidmətə olan tələbatı öyrənilərək köməklik göstərilir.

 

“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi”

İctimai Birliyinin mətbuat xidməti

Əlaqə telefonları: 055 612 85 45; 012 310 37 78

 

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı