Xəbərlər 25.09.2023 14:24 2377

“Heydər Əliyev və Masallı” sənədli filminin təqdimatı keçirilib - FOTOLAR / VİDEO

“Heydər Əliyev ili” çərçivəsində “Masal prodakşn”ın istehsal etdiyi ekran əsəri ümummilli lider Heydər Əliyevin regionlara göstərdiyi diqqət və qayğıdan bəhs edir. Filmdə ulu öndərin mirası və qoyduğu irsi təbliğ olunur.

QHT.az xəbər verir ki, filmin premyerasında Əməkdar jurnalist, Xalq yazıçısı Elmira Axundova, Milli Məclisin deputatı, professor Rəşad Mahmudov, Filologiya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar artist Lalə Məmmədova, Beynəlxalq dərəcəli idman ustaları - Yaqub Məmmədov, Əli Əliyev, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimi Ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutu ilə başlayıb. Tədbirdə giriş nitqi söyləyən “Masal prodakşn”ın baş direktoru Cəfər Cəfərov bildirib ki, sənədli filmdə xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə Masallı rayonunun inkişafına böyük diqqət və qayğı göstərməsindən, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xidmətlərindən bəhs olunur.

Sonra “Şark Loqistik” Beynəlxalq nəqliyat və logistika şirkətinin dəstəyi ilə ərsəyə gələn sənədli filmin premyerası baş tutub. Nümayişdən sonra çıxış edənlər ulu öndərin xatirəsinə həsr olunan maraqlı filmə görə, “Masal prodakşn”ın yaradıcı heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, “Heydər Əliyev və Masallı” sənədli filminin İdeya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzədir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı