Xəbərlər 23.09.2023 13:43 4684

Ağdamda fermer qadınların məhsul bayramı keçirilib

Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kənd qadınlarının aqrar fəaliyyətinə dəstək göstərilməsi məqsədi ilə tədbirlərin təşkili” Layihəsini  uğurla icra edir. Layihə çərçivəsində Ağdam və Beyləqan rayonlarındakı fermer qadınlara aqrar mövzularda təlimlər verilmiş, fermer qadınların Bərdə və Zaqatala rayonlarında fəaliyyət göstərən Qadın Kooperativlərinə təcrübə səfərləri  təşkil olunub. 
 

 Layihənin növbəti tədbiri Ağdam rayonunun Quzanlı qəsəbəsində “Fermer Qadınların Məhsul Bayramı” keçirilməsidir. 
Tədbirdə Ağdam, Beyləqan, Bərdə, Füzuli və Goranboy rayonlarından gələn fermer qadınlar özlərinin becərdiyi və emal etdiyi müxtəlif təbii kənd məhsullarını sərgiləməklə iştirak edib.  
Kənd qadınları istehsal etdiyi məhsulların sərgi-satışını təşkil etməklə yanaşı həm də müxtəlif kənd məhsullarının hazırlanmasında öz məharətlərini göstərib.

 

Fermer qadınların məhsul bayramı Ağdam Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə həyata keçirilib, tədbirin hazırlanmasında və keçirilməsində rayon rəhbərliyi öz resursları ilə fermer qadınlara geniş imkanlar yaradıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı