Xəbərlər 22.09.2023 10:31 1762

Paraşütlə uçub cansız bədəni yerə düşdü, pilotmu günahkar?

Fransada paraşütlə uçuş zamanı baş verən qan donduran qəza illər sonra pilota qarşı açılan dava ilə üzə çıxdı.

QHT.az xəbər verir ki, hadisə 2018-ci ildə baş verib. Havada düşmə sürətini azaltmaq üçün xüsusi hazırlanmış kostyumla təyyarədən atılıb sərbəst uçuş həyata keçirmək istəyən 40 yaşlı kişi cəmi 20 saniyə ərzində dəhşətli qəzanın qurbanı oldu. 64 yaşlı pilot Alainin istifadə etdiyi təyyarə iyul ayında şəxsi səfərində 10 paraşütçünü daşıyırdı və bu sərnişinlərdən yalnız ikisi "Wingsuit" adlı xüsusi geyimdə tullanmağı planlaşdırırdı.

Qanad Kostyumlu sərnişinlərdən birincisi Nikolas Qali təyyarə Bulok-en-Quersi şəhəri üzərindən keçərkən onu yerə atıb. Cəmi 20 saniyə sonra kişinin başı təyyarənin qanadına dəyib və başı bədənindən ayrılıb. Dərhal dünyasını dəyişən Qalinin cansız bədəni düşməyə yaxın açılan “təcili” paraşütlə tarlaya endi.

Qalinin ölümündən sonra pilot "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə üzləşib, prokurorlar isə dəhşətli qəzaya pilotun səhvlərinin səbəb olduğunu iddia ediblər. Hakim qarşısına çıxan pilot hadisəni "həyatımın faciəsi" adlandırıb və heç bir səhv etmədiyini israr edib. Daha əvvəl 226 dəfə tullanan paraşütçü Qalini uçuş planından yayınmaqda günahlandıran pilot, diqqətsiz davranışının bədəlini həmin şəxsin ödədiyini iddia edərək bunları deyib: "Bu, mənim həyatımın faciəsidir, amma günahkar mən deyiləm. Qali təyyarəyə paralel idi, mənim uçuş yolum tamamilə məntiqli idi". Pilotun müdafiəsi prokuror tərəfindən rədd edilərkən, 64 yaşlı Alenin uçuş imtiyazlarının sağlamlıq problemlərinə görə məhdudlaşdırıldığı, lakin adamın yenə də etibarsız bir lisenziya ilə səmaya qalxdığı öyrənildi. Prokurorların 12 aylıq şərti həbs cəzası və 10 min avro cərimə tələb etdiyi pilotla bağlı hökmün noyabrda çıxacağı gözlənilir. 

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı