Everestdən dörd dəfə böyük olan meteorit Yerə düşdü
Düşdükdən sonra S2 meteoriti Yer kürəsini əhəmiyyətli dərəcədə dəyişdirən hadisələr silsiləsi yaratdı.
QHT.az xəbər verir ki, bir neçə milyard il əvvəl Yer, indiki dövrdən fərqli bir mühitə malik idi. Həyatın görünmədiyi dövrlərdə, planetin üzərinə çoxlu meteoritlər düşmüşdü. S2 hadisəsi kimi tanınan bu təsirlərdən biri təqribən 3,26 milyard il əvvəl baş vermiş və Yerin erkən tarixinə dair iz buraxmışdır. Harvard Universitetinin mütəxəssisi Dr. Naja Drabon və komandası Cənubi Afrikadakı Barberton yaşıl daş kəmərini öyrənərək bu qədim hadisənin sirlərini açmağa çalışır.
Tədqiqat nəticəsində məlum olub ki, S2 meteoritinin ölçüsü dinozavrları yox edən meteoritdən 200 dəfə böyükdür. Bu hadisə nəhəng bir sunami və geniş dağıntılara səbəb oldu. Düşmə nəticəsində yaranan güclü istilik okeanın yuxarı qatının qaynamasına, eyni zamanda Günəş işığını əngəlləyən qalın toz buludu yaratdı. Ancaq, meteoritlərin təsirləri təkcə dağıdıcı deyil; bu hadisələr təkhüceyrəli orqanizmlərin, xüsusən də dəmiri metabolizə edən bakteriyaların inkişafı üçün lazım olan fosfor və dəmir kimi qida maddələrinin artmasına da səbəb olub. Dr. Drabon, "Meteorların təsirləri fəlakətli hesab olunsa da, bu araşdırma onların erkən həyatı inkişaf etdirməkdə faydalı ola biləcəyini göstərir" deyə vurğulayıb.
Barberton Greenstone Belt, S2 də daxil olmaqla, səkkizdən çox qədim meteorit təsirinin sübutunu daşıyır. Dr. Drabon və komandası, Yerin qədim tarixi haqqında daha çox məlumat əldə etməyə davam edəcək.
Pərvanə Fərhadqızı