Xəbərlər 21.09.2023 13:10 1569

18 yaşadək olan şəhid övladlarına məktəbli ləvazimatları təqdim olunub - FOTOLAR

44 günlük Vətən müharibəsində, Zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək olan övladlarına yeni dərs ilinin başlaması münasibətilə məktəbli ləvazimatları təqdim olunub.

QHT.az xəbər verir ki, bu kampaniyə “PAŞA Holding”in sosial dəstək proqramı çərçivəsində həyata keçirilib. Ləvazimatların ailələrə çatdırılması “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri və “Bravo” əməkdaşları tərəfindən həyata keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində, ümumilikdə 1100-ə yaxın şəhid övladı dərs ləvazimatları ilə təmin olunub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı