Xəbərlər 18.09.2023 13:24 3388

Qadınlar üçün “Şəxsi inkişaf” təlimi keçirilib - FOTOLAR

“Təmas” Regional İnkişaf İctimai Birliyi “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın)” fəaliyyətinin dəsətəkləməsi və zorakılıqdan zərərçəkmiş qadınlar üçün təlimlərin təşkili” layihəsini həyata keçirir.

Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan layihə çərçivəsində sentyabr ayının 16 və 17-də təşkilatın ofisində genderəsaslı zorakılıqdan zərərçəkmiş qadınlar üçün iki yarımgünlük “Şəxsi inkişaf” təlimi təşkil olunub.

Layihə rəhbəri Kubra Ələkbərova qeyd edib ki, bu mövzuda təşkil olunan təlmlər həssas vəziyyətdə olan qadınların özlərini daha yaxşı tanımağa, özgüvən problemini həll etməyə, öz gizli potensiallarıni, məqsəd və dəyərlərinin təyin etməyə və həyatlarına baxış bucağını dəyişməyə imkan yaradır: “Hesab edirik ki, “Şəxsi inkişaf” təlimi qadınların ən yüksək potensialını aşkar edərək, bu potensialın yaradılmasına və istifadəsinə yaxşı töhvə verəcəkdir. Layihə sentyabr ayında yekunlaşır”.

Qeyd edək ki, təlimdə 15 qadın iştirak edib, onlara sertifikatlar təqdim olunub.

                   

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı