Tramp müharibəni bitirmək üçün “ədalətli razılaşma”dan danışıb
Trampın müharibə ilə bağlı qalmaqallı açıqlamaları diqqət çəkib.
QHT.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı müharibəni dəqiq necə “sonlandırmağı” planlaşdırdığını danışıb. Tramp qalib gəlsə, Ukrayna və Rusiya prezidentləri ilə razılığa gəlmək üçün onları “otağa sürükləmək” niyyətindədir.
Bildiyiniz kimi, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Tramp Putinə haqq qazandırıb, müharibə istəmədiyini sübut etməyə çalışdı. O, prezident seçkilərində iştirak edəcəyini açıqlayanda 24 saat ərzində Ukraynada müharibəni dayandıracağına söz verib.
Pərvanə Fərhadqızı