Arif Məlikovun 90 illik yubileyi - FOTOLAR / VİDEO
Bu gün görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun anadan olmasından 90 il ötür.
QHT.az xəbər verir ki, bu böyük şəxsiyyət təkcə Azərbaycana deyil, bütün dünyaya öz gözəl musiqilərini bəxş edib. Arif Məlikov bütün ömrü boyu Azərbaycan xalqı üçün yaşayıb, onun adını bütün dünya qarşısında uca tutub. Onun ən böyük arzusu həmişə öz sələflərinin şərəfli işlərini davam etdirəcək yeni gənc bəstəkarlar nəsli yetişdirmək olub və həyatını da məhz bu məqsədə həsr edib.
Gəlin ona ölkəsinin və xalqının mədəni irsinə bağışladığı hər şeyə görə, eləcə də uzun əsrlər boyunca Azərbaycanın mədəniyyət tarixində özünü büruzə verəcək müstəsna xidmətlərinə görə təşəkkür edək.
Qeyd edək ki, dünya klassik musiqisinin şah əsərlərindən biri Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur. Belə ki, sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək.
Allah rəhmət eləsin böyük sənətkara!
Pərvanə Fərhadqızı