Xəbərlər 11.09.2023 15:20 5653

Əmək, ailə, kommersiya və istehlak mübahisələrini məhkəmədənkənar necə həll etmək olar?

Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə əmək, ailə, kommersiya və istehlak mübahisənizi məhkəmədənkənar mediasiya yolu ilə həll edə bilərsiniz.

QHT.az xəbər verir ki, təcrübə göstərir ki, bu zaman mediatorun köməyi ilə tərəflərin mübahisəni həll etmələri ehtimalı 85 %-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri tərəflər mediatorun köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə etmək, mediator tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin qarşısını alır və tərəflərin mövqelərinin uzlaşmasına kömək etməkdir. Həmçinin mediasiya prosesi daha qısa müddətdə (adətən bir və yaxud iki mediasiya sessiyasında) yekunlaşır. Bununla tərəflər xərclərinə və vaxtlarına qənaət edirlər. Mediasiya əksər proseslərdən fərqli olaraq konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, onlar arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır, tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.

Qeyd edək ki, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarına və mediatorlara müraciət etməklə ailə, əmək, kommersiya və mülki mübahisələrinizi məhkəmədənkənar qarşılıqlı razılaşma yolu ilə mediasiyada həll etmək olar.

 

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı