Xəbərlər 10.07.2023 14:27 1642

Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar media-tur təşkil olunub

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərdə media-tur təşkil olunub.

Media nümayəndələri Tovuz döyüşlərinin iştirakçısı olan, eləcə də bu ərazilərdə dislokasiya olunan hərbi hissədə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

Hərbi qulluqçular 2020-ci ilin iyul ayının 12-dən 17-dək dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gedən döyüş əməliyyatlarından xatirələrini bölüşüblər.

Media-tur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan şəraitlə də yaxından tanış olublar.

Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən hərbi qulluqçular Vətənə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı