Xəbərlər 09.06.2023 10:35 1543

"Türkiyədəki seçki ənənəsi və siyasi mədəniyyət digər ölkələr üçün nümunə olmalıdır" - Əkrəm Bəydəmirli

"Türkiyədə seçki prosesi, sonrakı dönəm çox həssaslıqla izlənilir. Kifayət qədər tələbkar olan türkiyəli seçici kimə, hansı ideyalara, məqsədlərə səs verdiyinin fərqindədir. İnanmaq istərdik ki, qardaş ölkədə çox milyonlu seçici kütləsi Prezident Rəcəb Tayyib Ərdoğana və onun siyasi kursuna səs verməklə yanılmayıb" - bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a açıqlamasında bildirib.

Əkrəm Bəydəmirli həmçinin qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin yeni kabinetinin üzvlərinin andiçmə mərasiminin keçirilməsini izlədik, bu insanların hədəfi Türk xalqına, dövlətinə ləyaqətlə xidmət etməkdir: "Keçmiş nazirlər öz xələflərinə, yeni komandaya vəzifələrini millətin, dövlətin şərəf işi olaraq təhvil verdilər. Böyük bir hörmətlə, ehtiramla öz postlarından çəkildilər. Həmin keçmiş məmurlar heç bir korrupsiya ittihamı ilə üzləşmədən bu prosesə imza atıblar. Bunlar Türkiyənin seçki təcrübəsinin və siyasi mədəniyyətinin nəticələridir. Bu da bir çox ölkələrə, xüsusilə, MDB məkanına nümunə olacaq təcrübədir".

İctimai Birliyinin sədri onu da qeyd edib ki, Türkiyənin seçicisi çox tələbkardır: "Onlar istənilən məmurun yaxasından yapışıb öz haqqlarını, hüquqlarını tələb etmək gücündədirlər. Müşahidələrimizə əsaslanaraq demək olar ki, Türkiyədə yalançı vədlərlə, populist çıxışlarla deyil, yalnız məsuliyyətli xidmətlə, insanların problemlərini həll etməklə əhalinin rəğbətini qazanmaq olar. İnanmaq istərdik ki, yeni heyət bu missiyanı qüsursuz yerinə yetirəcək".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı