Xəbərlər 08.06.2023 21:42 5385

5 xanım lider "Gender Bərabərliyi Mükafatı" uğrunda mübarizə aparır - SİYAHI

İyunun 13-də Almaniya və Fransa səfirlikləri, hər il keçirilən Gender Bərabərliyi Mükafatını təqdim edəcəklər
 

QHT.az xəbər verir ki, münsiflər heyəti olan Almaniyanın Azərbaycandakı Səfiri cənab Ralf Horlemann, Fransanın Azərbaycandakı Səfiri xanım Anne Boillon, son iki müsabiqənin qalibi Kifayət Talıbzadə (2022), Günel Ağabəyli (2021), eləcə də, Lalə Mahmudova və Şəmsiyyə Mustafayeva, ilkin seçim proseduru nəticəsində müəyyən edilmiş 5 namizəd arasından qalibi seçəcəklər: 

 

  1. 👉 Ləman Cəlilova, idmanda gender bərabərliyinin təşviqinə yönəlmiş “Goal plus” layihəsinin yaradıcısı;
  2. 👉 Rəbiyyə  Məmmədova, məişət zorakılığına məruz qalmış qadınlara təlim keçən və işlə təmin edən “SAPLA Academy” sosial müəssisəsinin direktoru;
  3. 👉 Səbinə Nəcəfova, 2021-ci ildə istifadəyə verilmiş “Menarki menstruasiya” informasiya platformasının təşəbbüskarı ;
  4. 👉 Məhluqə Rəhimova, Azərbaycan Əlilliyi olan Qadınlar Assosiasiyasının sədri və Qazax rayonunda əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışının asanlaşdırılmasına yönəlmiş layihənin təşəbbüskarı;
  5. 👉 Mehriban Zeylanova, məişət zorakılığı qurbanı olan qadınlar üçün “Təmiz Dünya” sığınacağının rəhbəri.

Qeyd edək ki, münsiflər heyəti tərəfindən verilən mükafat Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri tərəfindən təqdim olunacaq qrant olacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı