Xəbərlər 06.06.2023 16:47 3228

VCT nümayəndələri üçün “İctimai vəkillik təşəbbüslərinin artırılması” mövzusunda təlim keçirilib - FOTOLAR

03-04 iyun 2023-cü il tarixlərində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzlə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Vətəndaş Cəmiyyəti Təşkilatlarının nümayəndələri üçün “İctimai vəkillik təşəbbüslərinin artırılması” mövzusunda təlim keçirilib.
 

Təlimçi qismində “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov çıxış edib.
Təlim iştirakçılarına ictimai maraqların dəstəklənməsi anlayışı və onun məqsədləri, ictimai vəkillik kampaniyasının mərhələləri, təşkili, strategiyalarının planlaşdırılması, monitorinq və qiymətləndirmə və s. məsələlər haqqında məlumatlar verilib.
Bununla yanaşı, vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün Fərdi Elektron Pəncərə (FEP) sistemindən istifadəyə dair məlumatlandırıcı xarakterli təlim keçirilib. Təlimçi qismində MG Consulting MMC-nin hüquqşünası Nurlana Əliyeva çıxış edib. 
Təlimin sonunda FHİ360-ın əməkdaşı Nərmin Kərimova ECSOFT layihəsi çərçivəsində elan olunan “Vəkillik təşəbbüsləri tərəfdaşları” adlı tenderlərə müraciət haqqında iştirakçıları məlumatlandırıb. 
Respublikanın müxtəlif şəhər və rayonlarından olan 25-ə yaxın QHT nümayəndəsi təlimdə iştirak ediblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı