Xəbərlər 02.06.2023 12:03 4133

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Gözəl həyat– mənim hüquqlarım: dsikusiyalı müzakirəsi” mövzusunda tədbir keçirildi

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  “Gözəl həyat– mənim hüquqlarım: dsikusiyalı müzakirəsi” mövzusunda tədbir keçirildi.

Tədbirdə,Əyləncəli oyunlarda,Gəzintilərdə,Zooparkda, Park Cinemada sosail rifahı aşağı olan uşaqlar,valideyinsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları uşaqlarlarla diskusiyalı görüşdə Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyiinln sədri Alı Mustafayev giriş sözü ilə açaraq bu əlamətdar gün münasibəti ilə uşaqları təbrik etdi. Diqqətə çatdırdı ki, 1950-ci il iyunun 1-də keçirilmiş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi məqsədi ilə qərara alınıb ki, bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü kimi hər il bu günü qeyd edir. Bundan əlavə BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olunub və Azərbaycan bu konvensiyanı ratifikasiya edən ilk dövlətlərdəndir. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı ilə Ümumdünya Uşaqlar Günü kimi qeyd olunmaqdadır.

Sədr bildirdi ki, ölkəmizdə uşaqların ən böyük himayədarı ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərmişdir. Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür.Dəstək olan xeyirxah insanlara təşəkkür edirik.Sizin sayənizdə uşaq qəlbi sevinc tapdı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı