Xəbərlər 01.06.2023 22:34 1365

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Ulu öndər Heydər Əliyevə həsr olunmuş 'O kim idi?' adlı tədbir keçirildi

“Əlilliyi olan şəxslərə sosial dəstək “ İctimai Birliyi “1” iyun 2023-cü il tarixində Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə Ulu öndər, Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “O kim idi?” adlı bədii-intellektual tədbir keçirdi. Tədbirin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə keçirilməsi əlilliyi olan uşaqlara qarşı diskriminasiyanı aradan qaldırmaq, onları cəmiyyətə düzgün təqdim etmək, onların vətənə, dövlətə olan sevgisini, istedad və bacarıqlarını nümayiş etdirməklə intellektual bacarıqlarını üzə çıxarmaq və cəmiyyətə inteqrasiyanı təmin etmək idi. Tədbirin əvvəlində uşaqlar mərkəzlə tanış olaraq Ulu öndərin büstünün yanında şəkil çəkdirdilər. Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Nigar Hüseynova açaraq tədbir haqqında məlumat verdi. “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai birliyinin sədri Təranə Musayeva müstəqil Azərbaycanın banisi Heydər Əliyev və onun layiqli davamçısı olan Ali baş komandan İlham Əliyev haqqında ürək sözlərini söylədi.Sonra Dövlət Himni səsləndirildi və Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün hazırlanmış “O kim idi?” adlı video rolik təqdim olundu. Tədbirin aparıcısı Lamiyə Miriyeva proqrama uyğun olaraq uşaqların ifasında şer, mahnı və səhnəciyi təqdim etdi. Uşaqlar arasında 3 komanda olmaqla intellektual oyun təşkil olundu. İntellektual oyunda I, II və III yerin qalibləri müəyyən edildi. Tədbirdə iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Təravət Muradova I yerin qaliblərinə, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli- II yerin qaliblərinə və Yasamal rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Nigar Hüseynova III yerin qaliblərinə medal və hədiyyələri təqdim etdilər.

 

Tədbirin sonunda Yasamal rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Təravət Muradova çıxış edərək, tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək, uşaqlara və “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai birliyinin sədri Təranə Musayevaya, könüllü çalışan Lamiyə Miriyevaya, valideyinlərə uğurlar dilədi.

Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, Azərbaycan Respublikasının Qadınlar cəmiyyətinin İdarə heyyətinin üzvü və Regionlar üzrə sədri, Ağa Musa Nagiyev adina Milli dəyərlərin qorunması təşkilatının idarə heyətinin üzvü Ofelya Lütfəliyeva, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, Pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva çıxış edərək tədbir haqqında öz təəsüratlarını bildirdilər.

Tədbirin sonunda “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai birliyinin sədri Təranə Musayevaya dəvəti qəbul edib tədbirdə iştirak edən qonaqlara, valideyinlərə və uşaqlara öz minnətdarlığını bildirərək təltifnamə və təşəkkürnamələri payladı. Tədbirdə iştirak edən uşaqların sevincinə səbəb olan hədiyyələrin təşkilində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova və humanitar işlər üzrə müavin Təravət Muradovaya, Ofissait mağazalar şəbəkəsinə , “SENİ” firmasına və tədbirin informasiya yayımı üçün Səhiyyə TV-nin rəhbəri Azər Mirzəyevə təşəkkürünü bildirdi.

 Tədbir iştirakçılarını tort ətrafında çay süfrəsinə dəvət olundu.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı