Xəbərlər 26.05.2023 10:26 1954

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alındı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

 

QHT.az bildirir ki,  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan 8 kiloqramdan artıq heroin və tiryək, eləcə də 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

 

İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri “Baba” şərti adlı İran sakininin vasitəsi ilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.

 

Faktla bağlı cinayət işi başlanılıb, K.Muradlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı