Xəbərlər 19.05.2023 13:32 1469

Bu şəxslər tibbi yardıma görə nağdsız ödəniş qəbul edəcək

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər ödəniləcək məbləği nağdsız qəbul edə biləcəklər.

 

QHT. az Axar.az-a istinadən  xəbər verir ki, bununla bağlı “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi təklif edilib.

 

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

 

Bununla da, hüquqi şəxs yaradıb-yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.

 

"Özəl tibb fəaliyyəti haqqında” qanun layihəsi də, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma məqsədi daşıyır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı