Xəbərlər 05.05.2023 23:38 2129

Konqonun şərqində daşqınlar və torpaq sürüşmələri nəticəsində 170-dən çox adam ölüb

Konqo Demokratik Respublikasının şərqində yerləşən Cənubi Kivu əyalətində son sutka ərzində sel və torpaq sürüşmələrinin əmələ gəlməsinə səbəb olan güclü yağışlar nəticəsində 176 nəfərə yaxın insan həyatını itirib. QHT.az xəbər verir ki, bu barədə əyalət qubernatoru Teo Nqvabiye Kasi məlumat verib.

Təbii fəlakətlər nəticəsində bir neçə nəfər itkin düşüb. Hazırda fövqəladə hallar xidmətləri axtarış-xilasetmə işləri aparır.

 

 Bundan əvvəl məlum olub ki, Keniyanın qərb hissəsində 4500-dən çox ailə zərər çəkib, Afrikanın şərqində baş verən irimiqyaslı daşqınlar nəticəsində Ruanda və Uqandanın 136-ya yaxın sakini həlak olub. 10.000-dən çox Keniyalının evsiz olduğu məlumdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı