Xəbərlər 04.05.2023 16:27 3728

Sədr qanunsuz Mediasiya Xidməti fəaliyyəti göstərənləri ifşa etdi

Dükana qanunsuz olaraq "Mediasiya Xidməti" sözü yazıb və ikinci qanunsuzluğu edərək, Hüquq Xidmətini də mediasiyanın yanına qoşan və bunun qanunsuz olduğunun fərqində olmayan bu məkanın sahibinə bu işin düzgün olmadığını dəfələrlə izah etməyə çalışdıq.

 

Düşündük ki, ola bilər keyfiyyətsiz hüquqi xidmət savadsızlığından, təsadüfən və bilməyərəkdən edilmiş bir səhvdir və insanın bu səhvinin düzəlməsinə köməklik edək.

Təəssüf ki, əməkdaşımızın zənglərini ironiya ilə qarşılayan və lövhədə göstərilən nömrəyə cavab verən şəxs bizim Qanuni tələbimizi qulaqardına vurdu.

QHT.az istinadən xəbər verir ki, bu sözləri Mediasiya Şurasının sədri Nadir Adilov bildirib və qeyd edib ki, Şura sədri kimi bu məsələyə əvvəllər də biganə qalmadığı kimi, bu dəfə də biganə qala bilməyib.

 

Hüquq-mühafizə orqanlarına müraciət edən Şura sədri operativ şəkildə reklam lövhələrinə qanunsuz yazılan Mediasiya Xidməti sözlərinin silinməsinə nail olub və lövhəni qanunsuz olaraq istifadə edən şəxs Polis bölməsinə növbəti mərhələlərin icra edilməsi məqsədi ilə dəvət edilib.

 

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General Polkovnik cənab Vilayət Eyvazov başda olmaqla, DİN-in şəxsi heyətinə hər zaman Mediasiya Şurasının fəaliyyətinə xüsusi həssaslıq, dəstək və diqqətlə yanaşıldığına görə dərin təşəkkür edir edən N.Adilov qeyd edilən Qanunsuz lövhənin müəyyən edilərək, Mediasiya Şurasına dəstək göstərdikləri üçün hörmətli Ilhamə Həsənova və Seymur Safarov, hər ikinizə Şuranın İdarə Heyəti adından təşəkkür elan edib. 

 

Söhbət zamanı Mediasi Şurasının sədri bir daha nəzərə çatdırlb ki, qeyd edilən ofis qanunsuz fəaliyyət göstərib və bu ofisin Mediasiya Şurası ilə heç bir rəsmi və qeyri rəsmi əlaqəsi olmayıb:

"Bir daha qeyd edirəm, keyfiyyətsiz hüquq xidmətləri nəinki mediasiya proseslərinə zərbə vurur, o cümlədən, ölkəmizdə aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarına ciddi əngəl yaradır. Göbələk kimi hər gün artan bu cür hüquq xidmətləri anlamır və başa düşmür ki, Qanun var və Qanunun tələbi birmənalı şəkildə icra edilməlidir".

Elnurə Abuşova

Azadmedia.az

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı