Xəbərlər 29.03.2023 22:47 959

Bərdə rayonunda 105 saylı liseyində   “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində tədbir keçirilib

 “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin Bərdə rayonunda 3-cü icmada  tədbiri baş tutdu.
 

29.03.2023-cü il tarixində saat 10.00 Bərdə rayonunda 105 saylı liseyində    “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender bərabərliyi və  Qadın hüquqları ” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Bərdə İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov açdı. O, qonaqları təqdim etdi. Müharibə şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. 
Layihə rəhbəri Ətrabə Məmmədova   layihə və donor təşkilat haqda məlumat verdi.O, layihənin məqsədlərini açıqladı.  
Ekspert T.Dadaşov gender bərabərliyi, qadın hüquqları, insan hüquqları ilə bağlı yerli və beynəlxalq qanunlar,  Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanunu və bu sahədə görülən işlərdən ətraflı danışdı .Bildirdi ki, “gender bərabərliyi- qadın və kişilərin hüquq bərabərliyi ;bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyətidir. İnsan hüquqlarının həyata keçirilməsində  qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatdır”.
Sonra müzakirələr oldu. Xanımlar müzakirələrdə fəal iştirak etdilər və bərabər hüquqların bərabər imkanlara çevrilməsi üçün  maariflənmənin çox əhəmiyyətli olduğunu bildirdilər. Onlar “Qadınlar huquqlarını bilib tətbiq etməklə uğur qazana bilərlər”söylədilər.
  Psixoloq A.İmanova sağlamlıq hüququ ilə bağlı məlumat verdi.  Suallar cavablandırıldı.   
İştirakçılardan M.Samirə,M.Səma,T,Fidan,Ə.Rəqsanə və Ə.Arzu müzakirələrdə fəal iştirak etdilər.Onlar mövzunun aktuallığını qeyd etdilər və  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.      

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı