Xəbərlər 03.04.2023 16:50 1714

“Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin və gender problemi” mövzusunda tədbir keçirilib

“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsini Bərdə rayonunda uğurla davam etdirir. 
 

03.04.2023-cü il tarixində Bərdə rayonunda İdarəetmə və Texnaligiya Kollecinin binasında    kənd orta  məktəbində layihə çərçivəsində  “Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin və gender problemi” mövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə Bərdə rayon İcra Hakimiyyətinin İctimai –siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov açdı .O qonaqları təqdim etdi və mövzunun aktuallığını qeyd etdi. Belə bir layihənin maliyyələşdirdiyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi  Agentliyinə təşəkkür etdi. Sonra Kollecin direktoru Xosrov müəllim bu mövzuda təlimlərin əhəmiyyətindən danışdi . Layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihəin məqsədlərini açıqladı.
 

  Ekspert T.Dadaşov erkən nigah,yarimçıq təhsil və gender problemləri barədə ətraflı məlumat verdi. O ” erkən nigahlarda qızlar təhsil almaq və cəmiyyətə inteqrasiya etmək hüququndan məhrum edilir və cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.Yetkinlik yaşına çatmayan qızlar dini kəbin kəsməklə ərə verilir və rəsmi nikahdan kənarda qalırlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun əlindən alınması ilə nəticələnir”.
 

Psixoloq A.İmanova erkən nigahda  psixoloji zorakılığın təsirlərindən danışdı” Erkən nikah əslində ailənin təməlinin dağılması deməkdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir və öz məsuliyyətini anlayır. Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”. 
Sonda müzakirələr oldu. İştirakçılar Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə onların ərazisində maarifləndirmə aparıldığına görə təşəkkür etdilər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı